Balalar

Anaların köksündə
Döyünən saf ürəkdir.

Könüllərin ilhamı,
Xoş arzudur, diləkdir.

Dünyanın bu günüdür,
Uğurlu gələcəkdir.

Qeyrətimiz, gücümüz,
Vüqarımız balalar.

Günəşli gündüzümüz,
Baharımız balalar.