Balıqqulağı

Ata, hardan tapırlar
Bu balıqqulağını?
Sahiləmi tullayır
Su balıqqulağını?

Balıq öz qulağını
Bəlkə dənizdə salır?
Ondan sonra bəs onlar
Qulaqsız necə qalır?

Gəl balıqqulağını
Hədiyyə aparaq biz.
Onun içində getsin
Evimizə göy dəniz!