Dənizin nəğməsi

Küləklə çarpışaram,
Dalğalanıb-coşaram.

Üzər məndə gəmilər,
Süzər məndə gəmilər.

Bəzən dəliqanlıyam,
Sinəsi tufanlıyam.

Sularımda balıq var,
Qoy çoxalsın balıqlar.

Xatırlaram elləri,
Qucaram sahilləri.

Dənizəm, bilir aləm,
Yox, yox, susan deyiləm.

Suyum canımdır mənim,
Adım-sanımdır mənim.

Gur çaylardan yarandım,
Dəniz andıdır, andım!