Bildirçin

Vurmayın heç bir zaman,
Vurmayın bildirçini.
Əbəs yerə daş atıb
Yormayın bildirçini.

Bu yan darı zəmisi,
O tərəf də yoncadır.
«Bildirçinin bəyliyi
Darı sovuluncadır!»

Babalar da görüb ki,
Çox xoşlayır darını.
Darı əkilən yerdə
Qurur yuvalarını.

Onların da cəh-gəhi,
Şirin nəğməsi çin-çin.
Darı sovulunadək
Nəğmə deyir bildirçin!