Bir qız bir oğlanındır

Elin gözəl adəti,
Gözəl ənənəsi var.
Bir qız bir oğlanındı –
Yaxşı deyib atalar.

Əhdi-peyman eyləyib,
Sevdi oğlan da, qız da.
Cütlərin təmiz eşqi
Gəzdi dildə, dodaqda.

«Hə» – söylədi sevənlər,
Qız evinə getdilər.
Elçilər geri döndü,
Kefi çağ, üzü gülər.

Torpağımın neməti
Süfrələrə düzüldü.
Mübarəkdir, dedilər, –
Tez şirin çay süzüldü.

Bax, beləcə, a dostlar,
Tapıldı bir yar, qıza.
Oğlan evindən gedib
Bəlgə taxdılar qıza.

Keçdi təntənə ilə
Nişanla toy şənliyi.
Bu da qızla oğlanın
Taledən pay şənliyi.

Elin gözəl adəti,
Gözəl ənənəsi var.
Bir qız bir oğlanındı –
Yaxşı deyib atalar.

12 iyul 2002
Rusiya, İvanovo şəhəri