Çaşır

Nənəm şoraba qoyub,
Bu da çaşırdır, çaşır.
Seçmək olmur otlardan,
Adam görəndə çaşır.

Çaşır yığ ha, çaşır yığ,
Çoxdur bizim meşədə,
Boldur, aşır-daşır, yığ!

Kənddə yaşayan əmim
Hər il gətirir çaşır.
Şorabası süfrəyə
Qışda yaman yaraşır.

Əmim deyir: – Ay oğul,
Gəl gedək yığaq yaşır.
Doldur sən öz torbana,
Sonra çiynindən aşır.