Təpə dağa söylədi: – Aşağı en sən bir az. Dağ öz dağ vüqarıyla Etdi buna etiraz. Dedi: – çalış dünyada Daim yüksələsən sən. Cəhd etmə başqasını Endirəsən zirvədən.