Dağ və təpə

Təpə dağa söylədi:
– Aşağı en sən bir az.
Dağ öz dağ vüqarıyla
Etdi buna etiraz.
Dedi: – çalış dünyada
Daim yüksələsən sən.
Cəhd etmə başqasını
Endirəsən zirvədən.