Eşqinlə yaşayan

Layiqsən ürəkdən sevilməyə sən,
Adına nəğmələr yazmaq çətindir.
Bu qədər gözəlsən, axı, niyə sən?
Dünyaya hədiyyən məhəbbətindir.

Nə ola üzünü mən bir də görəm,
Gözəllik önündə baş əyər hamı.
Zərifsən, incəsən, gülüm, çəkmə qəm,
Ətirli gülləri iyləyər hamı.

Gözəlsən, laləyə çox bənzərin var,
Eşqinlə yaşayan nə bəxtiyardır.
Gülləri bağlara bəxş edir bahar,
Bura Odlar yurdu, nurlu diyardır.

25 aprel 2000