Ala gözlərindən gülümsəyəndə,
Qəlbimi yandırır, yaxır gülüşün.
Axı o gözlərə aşiqəm mən də,
Elə bil şimşəkdir çaxır gülüşün.
Belə şirin gülüş, təbəssum hanı?
Sevincdən ümmantək çağlayır ürək.
Tanı sən, əzizim, sevəni tanı,
Sözlərim həqiqət, sözlərim gerçək.
Səndə sədaqəti, etibarı mən
Duydum gözlərində sədaqəti mən,
Həyatda həmişə üzü gülər ol,
Oyuncaq saymaram məhəbbəti mən,
Gülüşlə danışsın bütun sevənlər.
5 fevral 1984