Mənim

Sən hamıdan göyçəksən,
Yazda açan çiçəksən,
Mələksən ki, mələksən,
Ala gözlümsən mənim,
Şirin sözlümsən mənim.

Eşqin günəş, qızıl dan,
Can alansan, can alan,
Ayrılmışıq haçandan?
Ala gözlümsən mənim,
Şirin sözlümsən mənim.

Aç qapımı hər səhər,
Üzümə gülər səhər,
Bəxtəvərsən, bəxtəvər,
Ala gözlümsən mənim,
Şirin sözlümsən mənim.

Mənim üçün doğuldun,
Canım, ciyərim oldun,
Nazlı dilbərim oldun,
Ala gözlümsən mənim,
Şirin sözlümsən mənim.

Sən aşiqin həyatı,
Ulduzlu kainatı,
Ömrün toyu, büsatı,
Ala gözlümsən mənim,
Şirin sözlümsən mənim.

10 iyun 2001