Sevgilimsən

Məni yolumdan eləyən,
Halı pərişan eləyən,
Eşqinə mehman eləyən
Sevgilimsən, sevgilim.

Gül çöhrəni anıram mən,
Ülvi mələk sanıram mən,
Hər mətləbi qanıram mən,
Sevgilimsən, sevgilim.

Nə duzlusan, məzəlisən,
Təmiz eşqin əzəlisən,
Azərbaycan gözəlisən,
Sevgilimsən, sevgilim.

Arzulayır ürək səni,
Dön bizə gəl görək səni,
Əli sevsin gərək səni,
Sevgilimsən, sevgilim.

1 sentyabr 2001