Həsrətinə

Nə qədər də cəhd eləsəm,
Həsrətinə dözmək olmur.
Qılınc çəkir üstüiə qəm,
Həsrətinə dözmək olmur.

Qürrələnib öyünmürəm,
Tezcə dinib öyünmürəm,
Köhlən minib öyünmürəm,
Həsrətinə dözmək olmur.

Sənsiz düyna dardır mənə,
Gileylənmək ardır mənə,
Yəqin sözün vardır mənə?
Həsrətinə dözmək olmur.

Qərar tutmaq vallah çətin,
Sarsılmazdı məhəbbətin.
Rəmzi sənsən ülviyyətin,
Həsrətinə dözmək olmur.

Əli Vəkil bəs neyləsin,
Yox özgə bir kəs, neyləsin?
Alammır nəfəs, neyləsin?
Həsrətinə dözmək olmur.

11 sentyabr 2000-ci il