Yoxdur əlim, ayağım, Bir qamçı boydayam mən. Kimi çalsam çətindir Xilas etmək ölümdən.
Qurbağanı, siçanı Diri-diri udaram. Heyvanların içində Kirpiylə yoxdur aram.