Gülərüzdü,
Mehribandı
Mənim nənəm.
Qəlbi açıq
Bir insandı
Mənim nənəm.
Hər gün məni
Bağçaya da
O aparar
Bağçadan da
O gətirər.
Nə istəsəm
Alar, verər.
Şeir, nağıl
Oxuyar o
«Göyəryçin»dən.
Hər sözünə,
Söhbətinə
Heyranam mən.
Qalammaram
Bircə gün də
Mən nənəsiz.
Ay uşaqlar,
Mənim kimi,
Nənənizi
Qəlbdən sevin,
Qoruyun siz!