Maral

Dağların yaraşığı,
Qəşəng bir heyvanam mən.
Şairlər də söz açır
Mənim gözəlliyimdən.

Şaxəli buynuzlarım
Başımda sanki meşə.
Ehtiyatla gəzirəm
Tarlalarda həmişə.