Mıs-mıs söyləyincə – Mustafa de sən

Mıs-mıs söyləyincə – Mustafa de sən,
Şeç kimə inciməz, Mustafa desən.
Açıq söylə ürəyindən keçəni,
Eşidib, bilənlər desinlər əhsən!

Səndən ötrü çayda balıq yan gedər,
Balıq yan gedərsə, hər arzun hədər.
Hamının qiyməti düzyün vverilsə,
Hər insan həyatda yerini bilər.

Balıq başdan qoxar, atalar sözü,
Onlar söyləyiblər doğrunu, düzü.
Yaxşı saxlasanız əgər balığı,
Heç kimsə danlayıb, qınamaz sizi.

Dədəm, mənə bilin ki, kor deyibdir,
Gələni, gedəni də vur, deyibdir.
Döy hamını, qoy ürəyin soyusun,
Sonra öz yerində otur, deyibdir.

Dovşanı tutmazlar boyunduruqla,
Axı onu sən tutursan nə haqla?
Dovşanı sən tutsan, ovlasan əgər,
Öldürmə, yazıqdır, yedizdir, saxla.

Tamarzıdan alıb dadanmışa ver,
Var-dövlət düşkünü – o yanmışa ver.
Tamarzı hər şeyə tamarzı qalıb,
Varlanmaq naminə oyanmışa ver.

İşdir, padşah ilə dost ola bilsən,
Onda darvazanı geniş elə sən.
Qarşıla, yola sal fəxri qonağı,
Sonradan gəl düşmə dildən-dilə sən.

Kababın iyinə gəldin ki, nə var,
Gördün, eşşəyi dağlayırdılar?
Nəyəsə meyl edib azma yolunu,
Hərənin həyatda öz qisməti var.

Buynuzsuz bu qoçun qisası inan,
Buynuzlu o qoçda qalmaz heç zaman.
Buynuzlu bu qoçun buynuzu varsa,
Buynuzsuz o qoça sahib Yaradan.

Dəvədən böyük fil var, bilir insanlar,
Hər kəs bu hikməti dərk edib, anlar.
Şəkk etməyin siz fillərin gücünə,
Təsdiq edər görüb şahid olanlar.

16 sentyabr 2002