Müəllim

Hamının sevimlisi
Doğma, əziz müəllim.
Bizə bilik verirsən
Qəlbi təmiz müəllim.

Sevib, əzizləyirsən,
Ata, anamız qədər.
Xidmətini unutmaz
Bu dünyada şagirdlər.

Bizə qayğı göstərir
Bu müstəqil ölkəmiz.
Səni təbrik edirik
Müəllim günündə biz.

1 oktyabr 2005