Nə lazım?

Əyri yolla getmisən,
Səhvi özün etmisən,
Çətin anda itmisən,
Çaş-baş qalmaq nə lazım?

Özünü şah sanırsan,
Əhdi-peyman anırsan,
Eşq oduna yanırsan,
Fikrə dalmaq nə lazım?

Səsləyir doğma Vətən,
Gəl deyir doğma Vətən,
Gözləyir doğma Vətən,
Bəmdə çalmaq nə lazım?

Yolu doğru seçmədin,
Ülvi sudan içmədin,
Sınaqlardan keçmədin,
Məyus olmaq nə lazım?

Əli Vəkil mətindi,
Nəğmə yazmaq çətindi,
Bu, sənin qismətindi,
Yada salmaq nə lazım?

7 avqust 2002
Rusiya, İvanovo şəhəri