Gəlmədin

Yolunda qaldı gözlərim,
Niyə gəlmədin, gəlmədin?
Axdı, qaraldı gözlərim,
Niyə gəlmədin, gəlmədin?

Sənsən varım, yoxum mənim,
Azım mənim, çoxum mənim,
Gözü, könlü toxum mənim,
Niyə gəlmədin, gəlmədin?

Sevinc, fərəh gətirəydin,
Dərdi, qəmi itirəydin,
Özünü tez yetirəydin,
Niyə gəlmədin, gəlmədin?

Saf arzumsan, dilyəimsən,
Eşqə sadiq ürəyimsən,
Vallah mənim gərəyimsən,
Niyə gəlmədin, gəlmədin?

Əli Vəkil gözləyəcək,
Addım-addım izləyəcək,
Təkcə sənə can deyəcək,
Niyə gəlmədin, gəlmədin?

27 oktyabr 2001