Niyə Kifayət dedilər?

Sən dünyaya göz açanda,
Niyə Kifayət deilər.
Ad qoymaqdan söz açanda,
Belədir adət, dedilər.

Sən dünyaya gəlməsəydin,
Bir gözəl əskik olardı.
Bülbül bağda etməzdi,
Bir gül qönçədə solardı.

Sən dünyaya gəlməsəydin,
Çatışmazdı bir məhəbbət.
Boynu bükük qalacaqdı
Səni sevən oğlan əlbət.

Sən dünyaya gəlməsəydin,
Az olardı bir toy-mağar.
Hər doğulan gözə qızın
Öz nişanı, öz toyu var.

Sən dünyaya gəlməsəydin,
Nəğməyə kim vurulardı.
Gül üzünə baxmasaydı,
Gözlərimiz yorulardı.

Sən dünyaya gəlməsəydin,
Dünya da dünya olmazdı.
Əli Vəkil yazan nəğmə
Dil açmazdı, doğulmazdı.

26 iyul 1996