Qalacaq

Əl verdik, görüşdük coşdu ürəyim,
Eşqinlə gül açır arzum, diləyim.

Elə bil ki, sən Əslisən, mən Kərəm,
Dünya qopsa öz əhdimdən dönmərəm.

Könlümün həmdəmi, həyanım mənim,
Fikrimi, dərdimi duyanım mənim.

Xoşbəxtlik deyildir nə dövlət, nə var,
Tükənməz sərvətdir düzlük, etibar.

İlk əhdi, ilqarı anasan gərək,
Sevgini ilahi sanasan gərək.

Demə bu intizar, bu həsrət nədir?
Axı, gözəlliyin bir əfsanədir.

Açılan hər çiçək bir gün solacaq,
Aşiqə ürəkdən sevmək qalacaq.

Rusiya, İvanovo şəhəri
11 iyul 2002