Qarğa məndə qoz var demək nə lazım?

Qarğa məndə qoz var demək nə lazım?
Qozun varsa sənə kömək nə lazım?
Çürük çıxsa əgər qozun, neyləmək?
Çürük qozu axı yemək nə lazım?

Faydası yox sonda peşman olmağın,
Faydası yox hər sim üstə çalmağın,
Vaxtında atılan addım uğurlu,
Nə mənası sonda fikrə dalmağın?

Əlli il qalacaq əldən qala niş,
Bir bəla olacaq əldən qala niş,
Bu günkü işini vaxtında görsən,
Atalar hər sözü yerinjə demiş.

Bilməm niyə qorxur göz gördüyündən?
Nə görüb görəsən o qorxur nədən?
Gözlərin gördüyü yaddaşda qalır,
Gərək unutmayım gördüyümü mən.

11 avqust 2002
Rusiya, İvanovo şəhəri