Qaymaqçiçəyi

– Niyə yığmısan,
Bu ağ çiçəyi?
– Xoş ətirlidir
Qaymaqçiçəyi.

İnəklər bunu
Otlayan zaman,
Südün qaymağı
Çox olur yaman.

Yaylaq çiçəyi,
Oymaq çiçəyi
Deyblər ona.
Dəstə bağlayın,
Aparın evə
Sevinsin ana.

Xoş ətirlidir,
Bu dağ çiçəyi.
Bitir yamacda
Qaymaqçiçəyi.