Qoru, yar

Bu eşqi, sevdanı qoru, yar yenə,
Salmısan qəlbimə qoru, yar yenə,
Sadiq yar əhdini qoryuar yenə,
Qal, gözəlim, qal yanımda, qal, anım!

Oxu ürəyimi, oxu, yar, mənim,
Tuşlama sinəmə, oxu, yar, mənim,
Gözlərim qəlbini oxuyar mənim,
Qoy yolunda eşq oduna qalanım!

Ay Əli, yaraşır yara yar indi,
Sızlayır qəlbimdə yara, yar indi,
Sediyim tək mənə yarayar indi,
Odur eşqim, odur olub-qalanım!

2 may 1991