Quşların dostu

Gecə qar yağıb,
Yağıb dizəcən.
Yem qar altdadır,
Quşlar gəzir dən.

Uçub qonurlar
Hey ora-bura.
Kim dən verəcək
İndi onlara?

Elçin görür lş,
Həyətdə quşlar
Cik-cik edirlər.
Sərçələr acdır,
Adamlar isə
Ötüb-gedirlər.

Balaca oğlan
Qarın üstünə
Xeyli dən səpir.
Hər yandan gəlib,
Ora qonurlar
Sərçələr bir-bir.

Quşlar fərəhlə
Dəndən yeyirlər.
Cik-ciklə sanki
Elçinə onlar
«Sağ ol!» – deyirlər!