Sənin həsrətindən dil açır ürək

Sənin həsrətindən dil açır ürək,
Məni gözlərinlə gəl az dara çək.
Amandı, unutma əhdimiz sən,
Aşiqlər sözündən dönməsin gərək.

Gözəlim, insaf et, bir məni dindir,
Özün də bilirsən qəlbim sənindir.
Beş günlük qonağıq fani dünyada,
Sadiqsən eşqimə, hamı əmindir.

Uzaqda dolanma, dön bizə gəl sən,
Dünya dağılmaz ki, sən bizə gəlsən?
Sevənlər tanınır sədaqətiylə,
Zərifsən, incəsən, ətirli gülsən.

Göydən enmiş məlakəsən gözümdə,
Adınla bağlıdır şeirim, sözüm də.
Gərək aydınlığa tablaşsın ürək,
Vardır məndə mətanət də, dözüm də.

Fələyin aşiqə hədiyyəsi sən,
Bahar gülləritək nə təzə-tərsən.
Oxladın qəlbimi bir baxışınla,
Əhsən səni doğan anaya, əhsən!

Neyləyim, həyatın bir qanunu var,
Özün də bilirsən ömrün sonu var.
Zaman dayanmayır, gülüm, bir an da,
Göz görməsə, könül sevməz, a dildar.

Əzəldən belədir dünyanın işi,
Sönməz olur sevən qəlbin atəşi.
Lalə də seçilir qara xalıyla,
Eşqimiz andırsın parlaq Günəşi.

Əllərin əlimə dəysə nə dərdim,
Bahar çiçəyimsən, çəməndən dərdim.
Arxamca gəlsəydi yüzlərcə gözəl,
Yenə də könlümü sənə verərdim.

Tanrının ilahi, məsum bəndəsi,
Kaş ki, eşidilə qəlbimin səsi.
Ürəyimi təkcə sənə vermişəm,
Necə sevim səndən qeyri bir kəsi?

Nə olar, aşiqə bir ötərgi bax,
Məni atəşlərə gəl az yandır, yax.
Dünya daimidir, biz gəldi-gedər,
Yaranan, yazılan nəğmə qalacaq.

Gözəlsən, incəsən, təravətlisən,
Ağıllı, kamallı, məlahətlisən.
Qəlbin mənəviyyat xəzinəsidir,
Həm mətləb anlayan, həm ismətlisən.

Səninlə görüşüb, dərdləşən zaman,
Ölüm gözlərində heç olur, inan.
Unutma sən bunu, saxla yadında,
Ürəkdir odlanan, ürəkdir yanan.

Qəflət yuxusuna getmə, oyan bir,
Leylimsən, Məcnunun halına bir yan.
Mən səni görəndən niyə gizlədim,
Yaman narahatam, bilməm nə sirdir?

Nəğmədir şairin şanı-şöhrəti,
Sevir gözəlliyi, sevir hikməti.
Ürəyim dolanda, könlüm dinəndə,
Tutursan əlimdən, qoy deyim qəti.

Gəlmisən dünyaya sevilmək üçün,
Məhəbbət məlhəmdir saf ürək üçün.
Görənlər doymayır gözəlliyindən,
Adi gün deyildir sən doğulan gün.

Ətirli gülləri iyləyir hamı,
Gözəllik önündə baş əyir hamı.
Sevgisiz bu dünya nəyə dəyərdi?
Susardı şairin eşqi, ilhamı.

Mənalı baxışın, gözlərin vardır,
Sevən aşiqlərə qış da bahardır.
Kimisə bəxtəvər eyləyəcəksən,
O insan həm xoşbəxt, həm bəxtiyardır.

Taledən köklənib könül rübabım,
Eşqinlə hey dinib könül rübabım.
Nə qədər arxanca gəzəcəyəm mən?
Rəhmə gəl, gözəlim, qalmayıb tabım.

Onsuz da məhəbbət cəfasız olmur,
Göy çəmən, yaylaqlar səfasız olmur.
Sadiqsən eşqimə, bilirəm bunu,
Yurdumda gözəllər vəfasız olmur.

Sənsizəm, yoluna dikilib gözüm,
Əl çəksin yaxamdan hicran bu gündən.
Elə yandırarsan eşqin odunda,
Səməndər quşuna çevrilirəm mən.

Mən də aşiqinə bir Məcnun kimi,
Sənsən ürəyimi, sənsən hakimi.
Həsrətin odunda elə yanıram,
Sular da söndürə bilməz qəlbimi.

Gözəlim, amandı, unutma məni,
Yaşat ürəyində, gəl atma məni.
Tək səni sevirəm, kim bilir bunu?
Baxıb yad sözünə oynatma məni.

Ürəyim eşqinlə hey dilə gəlir,
Bağçada bülbüllər tər gülə gəlir.
Sevdiyi vəfasız çıxanda insan,
Yaman kədərlənir, yaman kövrəlir.

Gülümsən, xoş ətrin məst etdi məni,
Sənli duyğularım isitdi məni.
Həmişə danışmaq de, nəyə gərək?
Anla baxışımdan ürək deyəni.

Könlümü vermişəm səntək canana,
İncitmə aşiqi, çəkmə hər yana.
Gərək bu dünyada hər vəfalı yar,
Sevib bir nəfəri oduna yana.

Bəzənib qarşımda durubsan yenə,
Gəl oxu könlümü bircə an yenə.
Bizli də, bizsiz də yetirəcəkdir
Sadiq aşiqləri bu dövran yenə.

Gözəlim, insaf et, bir məni dindir,
Eşqinlə çrıpınan bu qəlb sənindir.
Dönmə öz sözündən, dönmə əndindən,
Leylimsən, Məcnunun halına yan bir.

Tanrım gör nə gözəl xəlq edib səni,
Lal etdin bir anda qəlbdən sevəni.
Çoxdan əsirinəm, saxla yadında,
Neyləyim, sevirəm nurlu çöhrəni.

Könlümdə yerin var, gəl yaşa orda,
Xətrinə dəyməzlər, gül, yaşa orda.
Heç kəs öz yarını atmasın gərək,
Əzizlə, qədrimi bil, yaşa orda.

Əbədi deyildir gənclik dünyada,
Sənintək gözəli kim qıyar yada?
Ala gözlərini görəndən bəri,
Həsrətin quluyam düşmüşəm oda.

Ürəkdən sevirsəəgər insanlar,
İki könül bir-birini tez anlar.
Xoşbəxt ola bilməz bilin heç zaman,
İlqarı unudub, əhdi dananlar.

Yerimdə elə bil heykəl oldum mən,
Nitqim də tutuldu, fikrə daldım mən.
Baxıb gözlərinə, gül camalına,
Könül rübabımı zildə çaldım mən.

Aşiqəm mən sənə inan, ay gözəl,
Yoxdur bu dünyada sənə tay, gözəl.
Heç vaxt dönən deyil ürəyim səndən,
Məni öz eşqinin şahı say, gözəl.

Fələyin töhfəsi, gözəllik tacı,
Sanki doğulmusan Günəşlə bacı.
Mən səni bəyənib sevdiyim gündən,
Yox oldu qəlbimdən hər ağrı, acı.

Sevənlər yarına gül bağışlayar,
Hər gülün, çiçəyin rəngi, ətri var.
Əzəldən belədir, belədir, gülüm,
Sevgi nəğməsinin öz ahəngi var.

Qəlbini ləkəsiz, dümağ istərəm,
Şəninə nəğmələr yazmaq istərəm.
Məni unutmayıb, olsan həmdəmim,
Tanımaz yaxamı vallah qüssə, qəm.

Həsrətinə dözəmmirəm yenə mən,
Adını çəkirəm dönə-dönə mən.
Harda qaldın, axı niyə gecikdin?
Qurban dedim sən gəldiyin günə mən.

Yalqızam mən, söylə, gülüm, hardasan?
Bahar fəslim, ayım, ilim, hardasan?
Bircə acı söz deməyə heç zaman
Bilməm niyə gəlmir dilim, hardasan?

Öz hörmətin, öz yerin var qəlbimdə,
Yaddan çıxmaz sözlərin var qəlbimdə.
Əksin gözlərimin qarasındadır,
Eşqin isə daim yaşar qəlbimbə.

Göylərdən mələklər gətirib səni,
Rədd eləmə, sev ürəkdən sevəni.
Ən sadiq, fədakar yarım ol mənim,
Saf eşqimi duymayırsan, sən yəni?

Deyirəm, nə olar, oxu qəlbimi,
Yardım məhəbbətin oxu qəlbimi.
Gözlərin nə yaman oxladı məni,
Kim sağaltsın indi axı, qəlbimi?

Mənim qismətim də, payım da sənsən,
Parlaq ulduzum da, Ayım da sənsən.
Yazılmısan taleyimə, bəxtimə,
Baharım, payızım, yayım da sənsən.

Dara saçlarını, yenə dara, hey,
Çəkmə məni dönə-dönə dara hey.
Sənə həsrət ürəyimi gəl oxşa,
Qoyma düşüm, gülüm, bir də dara, hey.

Dərdə düşdüm, olub vallah çarəsiz,
Barı ona çarə tapın, çarə siz.
İstəyim, qəlb sözümü çatdırım,
Məni sevən o insafsız yara siz.

Yenə yaddan çıxarıbdır yar məni,
Bəlkə unutmayıb yenə arzular məni?
Hbrmət etsin bu ilqara, eşqimə,
Eyləməsin el içində xar məni.

Çox gecikmə, gəl könlümü al, dedim,
Gəl qolunu, gəl, boynuma sal, dedim.
Səndən ayrı yaşamaq mümkün deyil,
Gəl yanınmda sən əbədi qal, dedim.

Gör haçandan səndən soraq almıram,
Zənn etmə ki, mən qaydına qalmıram.
Unutmusan bəlkə məni, ay gözəl,
Susub könlüm, hələ haray salmıram.

Gələcəyəm görüşünə mən bu gün,
Görüm məndən incimisən nə üçün?
Barışarıq, oturarıq üz-üzə,
Nur saçar gözlərin, nur saçar üzün.

Adını çəkəndə titrəyir dilim,
Özüm də bilmirəm nə deyir dilim.
Əgər sevirsənsə saf ürəklə sən,
Kəs, doğa qəlbimi, kəs dilim-dilim.

Uludan uludur sevginin yaşı,
Ürəkdən sevənlər olmayır naşı.
Bir gün el içində xar olur hökmən,
Sevirsə birini hər addımbaşı.

Məhəbbət qalacaq, düzlük qalacaq,
Sədaqət, həqiqət zəfər çalacaq.
Təmiz sevgi illər boyu həyatda,
Hər vaxt anılacaq, yadda qalacaq.

Dərdindən divanə olmuşam, gülüm,
Tənhayam, mən sənsiz qalmışam, gülüm.
İnan sözlərimə, oxu qəlbimi,
Həsrətdən saralıb-solmuşam, gülüm.

Laləsən, Nərgizsən, reyhansan, nəsən?
Dünyaya gəldiyin o günə əhsən.
İllər gözəlisən, aşiqə qənim,
Əhsən təbiətin gücünə, əhsən.

Bağışla sən məni, bağışla, ay qız,
Oxlama o süzgün baxışla, ay qız.
Məni uzaqlarda gəzdiyin yetər,
Çıxarma yadından, yalqızam, yalqız.

Xatirədən gərək çələng hörəsən,
Kimi sevib, kimə könül vermisən?
Sevdiyin bəlkə də üz döndəribdir,
Kədərlisən elə ona görə sən?