Təbrik

Ad günüdür İlqarın,
Təbrik edirlər onu.
Qucaqlayıb ürəkdən
Ana öpür oğlunu.

Qonaq gəlib dostları,
Nənə də şəndir yaman.
Baba hədiyyə verib,
Öpür onun alnından.

İlqar böyük oğlandır,
Artıq yeddi yaşı var.
Sabah dərsə gedəcək
Çantasında kitablar.

Biri sentyabrda
Anadan olub İlqar.
Təbrik edəcək onu
Dərsdə bütün uşaqlar.