Torpaqla görüş

Torpaq, yazda görüşdük,
Çöl-çəmən yuxuluydu.
Bağın sehrinə düşdük,
Yasəmən qoxuluydu.

Torpaq, yayda görüşdük,
Hər yan barlı, bəhrəli.
Meyvəliydi budaqlar,
Fərəhdən oldum dəli.

Torpaq, payız görüşdük,
Saralmışdı bağça-bağ.
Xəzan nəğməsi dedi
Bar verən ana torpaq.

Torpaq, qışda görüşdük,
Ağ libasın mübarək.
Bol məhsul vermək üçün
Sənə dincəlmək gərək!
Özünə gəlmək gərək!

26 iyul 1998