Yaraşmır

Ay gözümün işığı,
Sənə yalan yaraşmır.
Bir evin yaraşığı,
Sənə yalan yaraşmır.

Sözünə inanmışam,
Oduna çox yanmışam,
Ülvi mələk sanmışam,
Sənə yalan yaraşmır.

Zarafat olsun barı,
Gəl unutma ilqarı,
Yadında qalsın barı,
Sənə yalan yaraşmır.

Əli Vəkil  can dedi,
Ürəkdən əzizlədi,
Axırda belə dedi:
Sənə yalan yaraşmır.

28 yanvar 2001