Yarpız

Çay kənarında,
Bulaq başında
Boy atır yarpız.
Dərib aparır
Suya gələndə
Hər bir gəlin, qız.

Məst edər səni
Onun xoş ətri.
Nənəm də bəzən
Bazara gedər
Yarpızdan ötrü.

Bostanlarda da
Əkirlər onu.
Unutma, nənə,
Ququtmaq üçün
Çölə sər onu.

Xörəyə töksən
Ləzzətli olar.
Qurumuş yarpız
Qışa da qalar.