Yolunu gözləyirəm

Səmada ay ucaldı,
Hər yana şölə saldı,
Gözüm yolunda qaldı,
Gəlib çıxmadın, ay qız,
Niyə oldun vəfasız?

Gözləyirəm hələ mən,
Niyə döndün sözündən,
Gəl eylə qəlbimi şən,
Göydə çoxalır ulduz,
Gəl çıx, ay etibarsız.

Bulaq axır şırhaşır,
Yarpaqlar pıçıldaşır,
Təkəm, xəyalım çaşır,
Sevən dözərmi yalqız,
Niyə yubandın, ay qız?

Könlümə həmdəm gözəl,
Əhdini unutma gəl,
Mənimsən axır, əzəl,
Qəlbimi güldür, ay qız,
Deməsinlər vəfasız.