Nemətidir torpağın,
Bitir Abşeronda o.
Yoxdur heç bir ölkədə,
Yoxdur heç bir yanda o.
Sapsarıdır, sapsarı,
Günəş rəng verib ona.
Görmək istəyən varsa,
Gəlsin Azərbaycana.
Kim yesə doydum, – deməz
Zəfəranlı plovdan.
Paxlavanı, kətəni
Dadlı edir zəfəran.
Zəfərana yazılmış
Nəğməni də dinləyin.
Bizim cənnət diyara
Ürəkdən alqış deyin!