Əsgər qardaşım
Cavab gözləyir,
Məktub yaz, ata.
Bəlkə o kağız
Quş olub uça,
Tez gedib çata.
Yaz ki, sərhəddə
Ayıq dayansın.
Göz də qırpmasın,
Sayıq dayansın.
Yaz ki, ürəyim
İstəyir onu.
Çoxdan gözləyir
Hamı yolunu.
Verib borcunu
Tez gəlsin qağam.
Əsgər olanda
Özüm də ona
Oxşayacağam.
Qayıtsın evə
Əsgər papağı
Qoyum başıma.
Alnımda ulduz
Təşəkkür edim
Mən qardaşıma!
15 avqust 1985
Pidsunda