Süzgün baxışlar

Elə ürkək-ürkək boylananda sən,
Dünya gözlərimdə gözəlləşmişdi.
Sevdalı könlümü bircə anda sən
Odsuz yandırırdın, bu necə işdi?

Üzündən, gözündən gülüş yağırdı,
Tilsimə düşmüşdüm, sehirlənmişdim.
Ayrılıq həsrəti yaman ağırdı,
Elə bil göylərdən yerə enmişdim.

Ülvi gözəlliyin timsalı sənsən,
Özgə nə lazımdır mənə cahanda?
Həyatda hamıdan vəfalı sənsən,
Baş vurdun dünyama sən bircə anda.

Yenə vərəqləndi xatirələrim,
Özümü xoşbəxtin xoşbəxti sandım.
Başıma ələndi xatirələrim,
Sənli günlərimi bir daha andım.

Elə ürkək-ürkək boylananda sən,
Dünya gözlərimdə gözəlləşmişdi.
Sevdalı könlümü bircə anda sən
Odsuz yandırırdın, bu necə işdi?

İyun 1979