Əli Vəkil

Haqqında

Ad: Səfiyev Əli Vəkil oğlu

Email: alivekil@bk.ru

Nömrə: +994 70 300 48 18

Doğum tarixi: 10 iyun 1938-ci il

Milliyyət: azərbaycanlı

Qısa məlumat

Əli Vəkil (Səfiyev Əli Vəkil oğlu) 1938-ci il iyunun 10-da Göyçə mahalının Basarkeçər rayonunun Yuxarı Şorca kəndində dünyaya göz açmışdır. Bir bacı, bir qardaş olan Əli Vəkilin atası Böyük Vətən Müharibəsində həlak olduqdan sonra anası da 1952-ci ildə dünyadan köçmüş, ata-anadan məhrum olmuş Əli Vəkil doğma dayısı Məhərrəm Abbasovun himayəsində yaşamışdır.

ATA HƏSRƏTİ

qALEREYA

RƏYLƏR

ŞAİRƏ AİD RƏYLƏR

MEDİA

QOŞMALAR

      QOŞMALAR   OD-OCAQ SEVGİSİ, TORPAQ HƏSRƏTİ         Əli sənin sadiq bəndən… Varım da, yoxum da sözdü cahanda, Əli sənin

Read More »

Salam, Türkiyə

Yollanıram məğrurların yurduna, Salam, doğma diyar, salam, Türkiyə. Hörmətim var Atatürkün adına, Salam, doğma diyar, salam, Türkiyə. Xoşdur gedib qalım İstanbulda mən, Dərin bilik alım

Read More »

Xeyirxah Xocam

Dünyaya bəzəkdir aqil olanlar, Zəkasıyla aləmə səs salanlar, Türkiyədə şöhrətli bir cərrah var – İbrahim Yıldırım – xeyirxah Xocam. Çətin anlarında olub dayağım, Yol göstərib,

Read More »

Göyçəlilər qovuldular Göyçədən

  «Göyçəlilər, dağılmayın Göyçədən!» Hüseyn Arif Qan ağlayır, yaman qəmlidir torpaq, Sükuta qərq olub orda bağça, bağ, El-oba qoynundan düşübdür uzaq – Göyçəlilər qovuldular Göyçədən.

Read More »

Vaqifim

  Fikirliyəm yenə qələm əlimdə, Sənə ünvanlanan sözlər dilimdə, Tanıyırlar bu cahanda, elimdə – Həqiqətdən söz salıram, Vaqifim! Bu kainat insanlarla doludur, İxtiyardır, uludan da

Read More »

Bu dünyada, bu dünyada

  «Cərrah Vaqif möcüzəsi» poemasından Ömrü bada vermək olmaz Bu dünyada, bu dünyada. Yurdu yada vermək olmaz Bu dünyada, bu dünyada. Qarabağım din-imanım, Şuşa, Ağdam

Read More »

TƏRCÜMEYİ-HAL

"Xəyal yolu Ömür yolu"

Əli Vəkil (Səfiyev Əli Vəkil oğlu) 1938-ci il iyunun 10-da Göyçə mahalının Basarkeçər rayonunun Yuxarı Şorca kəndində dünyaya göz açmışdır. Bir bacı, bir qardaş olan Əli Vəkilin atası Böyük Vətən Müharibəsində həlak olduqdan sonra anası da 1952-ci ildə dünyadan köçmüş, ata-anadan məhrum olmuş Əli Vəkil doğma dayısı Məhərrəm Abbasovun himayəsində yaşamışdır. 1955-ci ild Şişqaya kənd orta məktəbini bitirən Əli Vəkil İrəvan Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı şöbəsinin fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur.
Ali məktəbi bitirən Əli Səfiyev 1960-cı ildən 1972-ci ilə qədər İrəvanda Radio və Televiziya Verilişləri Dövlət Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır.